İran general Süleymaninin ölümünü təsdiq edib

İran general Süleymaninin ölümünü təsdiq edib
07:42 3 Yanvar 2020
35 Dünya
Ölkə mətbuatı
A- A+

İran İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin ölümünü təsdiq edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə İranın "IRINN" dövlət telekanalı məlumat verib.

Xatırladaq ki, İraqın paytaxtı Bağdadda hava limanı raket atəşinə tutulub. 3 raket hava limanı yaxınlığına düşüb. Nəticədə azı 8 nəfərin öldüyü bildirilir.

"Al Arabiya", "Al Jazeera" və "Sky News" telekanallarının məlumatına əsasən, ölənlər arasında İranın İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsinin rəhbəri general Qasım Süleymani də olub.

"Reuters" agentliyinin amerikalı rəsmilərə istinadən verdiyi məlumata əsasən, ABŞ Bağdadın hava limanına endirilən zərbələrə görə məsuliyyəti öz üzərinə götürüb. Bildirilir ki, ABŞ Bağdadda "İranla əlaqəli iki hədəfə" zərbələr endirdiyini təsdiq edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/815116.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR