“Barselona” Semedonu 50 milyon avroya satmaq istəyir

“Barselona” Semedonu 50 milyon avroya satmaq istəyir
08:37 3 Yanvar 2020
65 Digər
Ölkə mətbuatı
A- A+

Barselona” klubunun rəhbərliyi bu yay Nelson Semedo ilə yollarını ayırmağı düşünür.
“Report” xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.
Qeyd olunub ki, klub portuqaliyalı müdafiəçi hesabına 50 milyon avro qazanmaq istəyir.
Belə ki, “Barselona” klubunun idman direktoru Erik Abidal bu yaxınlarda Dubay şəhərində portuqaliyalı müdafiəçinin agenti Jorje Mendeş ilə görüşüb.
Agent görüş zamanı 26 yaşlı futbolçunun Kataloniya klubundan başqa kluba keçmək istədiyini söyləyib.
Semedo “Barselona”ya 2017-ci ildə transfer edilib və müqavilənin müddəti 30 iyuna qədərdir. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/barselona-semedonu-50-milyon-avroya-satmaq-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR