Bakıda prospektə çıxan inək avtomobilləri toqquşdurdu - FOTO

Bakıda prospektə çıxan inək avtomobilləri toqquşdurdu - FOTO
09:23 3 Yanvar 2020
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, yol kənarına çıxan inək səbəbindən Ağayev Kamran Şakir oğlu idarə etdiyi 90-UC-419 dövlət nömrə nişanlı "Daewoo" markalı avtomobili, 99-TN-821 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobilə çırpıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası gəlib.

Qəza zamanı 26 yaşlı Ağayev Kamran Şakir oğlu xəsarət alıb.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/300887.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR