Sumqayıt şəhərində köşkdə yanğın olub.
“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, ümumi sahəsi 5 m² olan köşkün yanar konstruksiyaları yanıb.
Qeyd edək ki, yanğın zamanı 1 nəfər xəsarət alıb.
Bitişik bina yanğından mühafizə olunub və yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.