Bakı. Trend:
İraqda İranın İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi bölməsinin rəhbəri general Qasım Süleymaninin öldürülməsindən sonra dünya bazarlarında neftin qiyməti kəskin bahalaşıb.
Trend-in məlumatına görə, “Brent” markalı neftin qiyməti təxminən 3 faiz artıb.
Belə ki, səhər saatlarında birjalarda “Brent” neftinin qiyməti 68.25 dollar/barel təşkil edib.
Analitiklər yaxın günlərdə neftin qiymətinin yüksək olacağını proqnozlaşdırır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin