Qohumlarıgilə qonaq gedən kişi vəhşicəsinə döyülüb.
Milli.Az nypost-a istinadla xəbər verir ki, Yeni ili təbrik etmək bəhanəsi ilə qohumlarının evinə gedən 60 yaşlı kişi üzü-gözü şişənə qədər döyülüb.
ABŞ-ın Virciniya ştatında yaşayan 60 yaşlı Mark Stanley qonaq getdiyi evin yataq otağında qurşaqdan aşağı çılpaq halda tutulub.
Qohumunu 2 və 3 yaşlı uşaqlarının yanında çılpaq vəziyyətdə görən kişi əsəblərinə hakim ola bilməyib və Markı vəhşicəsinə döyüb.
Mark hadisə yerinə gələn polislər tərəfindən saxlanılıb. O, azyaşlılara təcavüz etdiyinə görə həbsxanaya göndərilib.
Uşaqların atası isə ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Azyaşlılar müayinə üçün xəstəxanaya aparılıb.
Məsələ ilə bağlı araşdırma aparılır.
İsmayıl
Milli.Az