İran Xarici İşlər Nazirliyi İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” xüsusi birləşməsinin komandiri general-mayor Qasım Süleymaninin öldürülməsi ilə bağlı Tehranda İsveçrənin işlər vəkili vasitəsilə ABŞ-a qəti etirazını bildirib.
“Report” xəbər verir ki, bu barədə XİN sözçüsü Abbas Musəvi “Twitter”də qeyd edib: “Sərkərdəmiz Süleymani ABŞ qüvvələri tərəfindən öldürüldükdən sonra ABŞ-ın mənafeyini təmsil edən İsveçrə işlər vəkili dəvət edilərkən ona İranın qəti etirazı bildirilib”.