Ruhani: "General Süleymaninin ölümü İran xalqının..."

Ruhani: "General Süleymaninin ölümü İran xalqının..."
11:47 3 Yanvar 2020
53 Dünya
Ölkə mətbuatı
A- A+

General Süleymaninin ölümü İran xalqının ürәyini yaralayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu, İran prezidenti Hәsәn Ruhaninin Qasim Süleymaninin ölümü ilә әlaqәdar müraciәtindә öz әksini tapıb.

H.Ruhaninin sözlәrinә görә, bu hadisә ABŞ qarşısında İran xalqının müqavimәtini bir neçә dəfə artıracaq.

İran prezidenti bildirib ki, ABŞ bu hәrәkәti ilә bütün humanist vә beynәlxalq normaları tapdalayıb.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.

Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/815164.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR