“American Airlines” “Boeing”dən təzminat istəyir

“American Airlines” “Boeing”dən təzminat istəyir
11:47 3 Yanvar 2020
53 Digər
Ölkə mətbuatı
A- A+

“American Airlines” “Boeing” şirkəti ilə “737 Max” təyyarələrinin istifadəsiz qalması ilə bağlı təzminat ödənişi barədə danışıqlara başlayıb.
“Report” bu barədə AP-yə istinadən xəbər verir.
Xatırladaq ki, 2018-ci ilin oktyabr ayında və 2019-cu ilin mart ayında baş vermiş iki böyük qəzadan sonra bütün dünyada “Boeing 737 Max” təyyarələrinin uçuşlarına qadağa qoyulub. Donanmasında 24 ədəd bu tipli təyyarə olduğu “American Airlines” şirkətinin bununla bağlı 2019-cu il ərzindəki maddi zərəri ilkin hesablamalara görə 540 milyon dollar məbləğində dəyərləndirilir.
Hazırda təaminatın hansı formada ödəniləcəyinin müzakirə olunduğu bildirilir. “Boeing” təmsilçisi təzminatın qismən təyyarə parçaları, yaxud “American Airlines” əməkdaşlarına təlim keçmək şəklində də ödənilə biləcəyini qeyd edib.
Bundan əvvəl “Boeing” “Souttwest Airlines” və “Turkish Airlines” şirkətlərilə təaminat barədə razılığa gəlsədə, hər iki halda məbləğ açıqlanmayıb.


Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/american-airlines-boeing-den-tezminat-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR