Həm müdafiə naziri, həm də düşmənin polkovniki ilə yatan modelin yarıçılpaq FOTOları yayıldı

Həm müdafiə naziri, həm də düşmənin polkovniki ilə yatan modelin yarıçılpaq FOTOları yayıldı
12:05 3 Yanvar 2020
104 Maraqlı
Ölkə mətbuatı
A- A+

Britaniyanın məşhur modeli Kristina Marqaret Kilerin (Christine Margaret Keeler) yarıçılpaq fotoları hərraca çıxarılıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, 1960-cı illərdə çəkilən ağ-qara fotolar 6000 funt-sterlinqə satılıb. Aktrisanın cavanlıqda çəkdirdiyi şəkillər 57 il sonra, "The Trial of Christine Keeler" mini-serialına görə yenidən dəyər qazanıb.

Hərraca çıxarılan foto 1966-cı ildə çəkilib.

Qeyd edək ki, 1942-ci ilin fevral ayının 22-də dünyaya gələn Kristina Britaniya tarixində mənfi yöndə iz qoyan modellərdən biridir. Onun adı siyasət tarixinə "Profume olayı" kimi düşüb. Model İngiltərəni sarsıdan ən böyük seks skandalının əsas səbəbkarıdır.

Belə ki, o, İngiltərənin müdafiə naziri Con Profume ilə münasibətdəykən Londondakı Sovet ataşşesinin polkovniki Eugene İvanov ilə də yatıb. Olayın üstü açıldıqdan sonra casusluqda ittiham olunan Kristina "Və nəhayət reallıq...mənim hekayəm" kitabını yazıb. O, kitabında qeyd edib ki, casusluq etməyib, amma onu rus polkovniklə görüşdürən şəxs casus olub.

1963-cü ildə "icarəyə götürülmüş qız" olaraq adı tarixə düşən Kristina Kiler yalan ifadə verdiyinə görə 9 ay müddətinə azadlıqdan məhrum edilib. Müdafiə naziri isə 19 yaşlı modelin rus polkovniklə yatdığını öyrəndikdən sonra nüfuzunu itirdiyi üçün istefa verib.

Kristina 2017-ci ilin dekabr ayında dünyasını dəyişib.

Emin
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/815176.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR