Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb
12:07 3 Yanvar 2020
32 Digər
Ölkə mətbuatı
A- A+

Bakı şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Binəqədi rayonunun Xocəsən qəsəbəsinin ərazisində baş verib. 
Belə ki, Bakı şəhər sakini R.Novruzov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini İsrafil Kərimovu vurub. Ağır bədən xəsarətləri alan piyada hadisə yerində ölmüşdür.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-avtomobil-piyadani-vuraraq-oldurub03-01

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR