Yerin maqnit qütbünün yerdəyişməsi sürətlənib

Yerin maqnit qütbünün yerdəyişməsi sürətlənib
12:52 3 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Yerin şimal maqnit qütbü yerdəyişmə sürəti artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, maqnit qütbünün yerdəyişmə sürəti rekord həddə çataraq ildə 55 kilometr təşkil edib.

Mütəxəssislər bildirir ki, maqnit qütbü kəşf olunduğu 1831-ci ildən bəri 2 250 kilometr yer dəyişib.

Son hesablamalara əsasən şimal maqnit qütbünün hərəkət sürətinin ildə 40 kilometrədək azalacağı gözlənilir.

Hələlik Yerin maqnit nüvəsində baş verən proseslər, eləcə də maqnit qütbünün yerdəyişməsi bağlı proseslər az məlumdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/814306.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR