"Qırmızı Körpü"də yaranan sıxlığın SƏBƏBİ BİLİNDİ

"Qırmızı Körpü"də yaranan sıxlığın SƏBƏBİ BİLİNDİ
13:03 3 Yanvar 2020
37 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gün Azərbaycan-Gürcüstan sərhəddində yerləşən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük-sərhəd keçid məntəqəsində böyük tıxacın, sıxlığın yaranması səbəbi açıqlanıb.

Publika.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gömrük orqanlarına aid olmayan kompüter sistemində yaranan qısamüddətli texniki nasazlıq, eləcə də bayram günləri ilə əlaqədar qonşu ölkəyə səyahət edənlərin sayında müşahidə olunan artım sərhəddə 3 saatlıq sıxlığa səbəb olub. Dərhal müvafiq tədbirlər görülərək problem tez bir zamanda aradan qaldırılıb.

Hazırda "Qırmızı Körpü" gömrük-sərhəd keçid məntəqəsi normal iş rejimində fəaliyyətini davam etdirir, nəqliyyat vasitələrinin və sərnişinlərin keçidində heç bir sıxlıq müşahidə olunmur.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/300902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR