Bakıda fasilələrlə yağış yağacaq, rayonlarda isə... - HAVA PROQNOZU

Bakıda fasilələrlə yağış yağacaq, rayonlarda isə... - HAVA PROQNOZU
13:27 3 Yanvar 2020
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gün ərzində fasilələrlə yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu  gecə 3-6° isti, gündüz  7-9° isti,

Bakıda  gecə 3-5° isti, gündüz  7-9° isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 770 mm  civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət  70-80 % olacaq.   

Azərbaycanın rayonlarında

Arabir  yağış, bəzi dağlıq və dağətəyi rayonlarda  qar  yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman.  Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz  5-9°  isti, dağlarda gecə 1-6° şaxta, gündüz  0-4° isti olacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/weather/815196.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR