Dünyanın ən bahalı avtomobili bu il satışa çıxarılacaq

Dünyanın ən bahalı avtomobili bu il satışa çıxarılacaq
13:37 3 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Britaniyanın Lotus avtomobil istehsalçısı dünyanın ən güclü maşınını burxamaq niyyətindədir.

Milli.Az Lent.az-a istinadla xəbər verir ki, Evija adı verilən yeni avtomobil "Lotus"un son 10 ildə ilk modeli olacaq. Avtomobilin dəyəri 1,7 milyon funt sterlinq qiymətləndirilir. Bu isə o deməkdir ki, dünyanın ən bahalı avtomobil modeli olacaq.

"Evija"nın istehsalına 2020-ci ilin yayında start verilməsi nəzərdə tutulur. Ümumilikdə 130 ədəd avtomobilin buraxılması planlaşdırılır.

Avtomobilə 1972 at gücünə sahib bir mühərrik quraşdırılacaq. 100-ə qədər sürəti yığması üçün 3 saniyədən az vaxt tələb olunur. Maksimum sürəti saatda 360 kilometr olacaq.

Yeni avtomobil karbon-keramika əyləcləri və saatda 400 kilometrə qədər sürətə davamlı Pirellinin şinləri ilə təchiz ediləcək.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/avto/814300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR