“Sepah”a yeni komandir təyin edilib

“Sepah”a yeni komandir təyin edilib
15:17 3 Yanvar 2020
68 Digər
Ölkə mətbuatı
A- A+

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) “Qüds” xüsusi birləşməsinin yeni komandiri briqada generalı İsmayıl Kaani olub.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə sərəncamı İranın ali lideri, Silahlı Qüvvələrin Ali Baş Komandanı Ayətullah Əli Xameneyi imzalayıb.
İ.Kaani sələfinin müavini vəzifəsində çalışırdı. Vaxtilə İran-İraq müharibəsində briqada komandiri kimi iştirak edib.
Xatırladaq ki, “Qüds”ün əvvəlki komandiri Qasım Süleymani Bağdadda ABŞ hava qüvvələrinin raket zərbəsi nəticəsində həlak olub.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/sepah-in-yeni-komandiri-teyin-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR