“Azərbaycanda veriliş apara bilərəm” - Okan Bayülgen

“Azərbaycanda veriliş apara bilərəm” - Okan Bayülgen
15:37 3 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

"Bakıya getdim, çox xoşuma gəldi. Dedim ki, burada bəlkə, bir ev kirayələyim? Dedilər ki, səni Azərbaycana transfer edək, gəl burada veriliş apar. Amma çox az pul verirlər. Dedim ki, buradan oraya gedib gəlməyə dəyməz".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Türkiyənin məşhur şoumeni Okan Bayülgen söyləyib.

O, Azərbaycanda verilən maaşların daha düzgün olduğunu bildirib:

"Gəlib düşündüm ki, bizim televiziyalarımızda çox pul veriblər. Azərbaycan başdan deyib ki, bu qədərə gücüm çatır. İndi bizim televiziyalar batarkən onların aldığı maaş qədər pul verirlər. Televiziyada çalışanlar məmnun deyil, amma normalı budur. Düşünürəm ki, bu qədər pul alaraq Bakıda veriliş apara bilərəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/815190.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR