Beynəlxalq bazarlarda qiymətli metalların dəyəri artıb

Beynəlxalq bazarlarda qiymətli metalların dəyəri artıb
15:57 3 Yanvar 2020
68 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın hava hücumu nəticəsində İranlı general Qasım Süleymaninin öldürülməsi və gərginliyin artması fonunda investorlar “Təhlükəsiz liman” kimi qızıla yönəlməsi ilə bu qiymətli metalın dəyəri 6 illik maksimumu yeniləyib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, beynəlxalq bazarlarda qızılın 1 unsiyasının qiyməti 1,4% artaraq 1 550,43 dollar səviyyəsinə qalxıb.
Məlumata görə, digər qiymətli metallardan platinin qiyməti 1,7% artaraq 1 unsiyası üçün 1 001,40 dollar, gümüşün qiyməti 1% artaraq 18,1977 dollar, palladiumun qiymətində isə cuzi artım qeydə alınıb. Bundan başqa Çin yuanı və ABŞ xəzinə istiqrazlarının da dəyəri artıb.
Qeyd edək ki, qızılın qiməti 2019-cu ildə 18% artıb. Bu ildə qızılın qiymətinin artmasını proqnozlaşdıran “Goldman Sachs Group Inc”, “Citigroup Inc.” və “UBS Group AG” kimi investisiya bankları bu metalın qiymətini 1 unsiyası üçün 1 600 dollar səviyyəsində proqnozlaşdırırlar.


Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/beynelxalq-bazarlarda-qiymetli-metallarin-deyeri-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR