Xəstələnmək istəmirsinizsə - bu adətlərdən TƏCİLİ QURTULUN

Xəstələnmək istəmirsinizsə - bu adətlərdən TƏCİLİ QURTULUN
16:33 3 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Qış boyu sağlamlığınızın qeydinə qalmaq istəyirsinizsə, indiyədək yanlış etməyə alışdığınız bu adətlərinizdən qurtulmalısınız.

Publika.az bu günədək xəstələnməmək üçün yol verdiyiniz yanlışların siyahısını təqdim edir.

Evdən çıxarkən burun damcısı tökmək

Soyuqdəymə vaxtı əzələlər bərkiyir. Odur ki, çölə çıxarkən burnunuza damcı töksəniz, əzələlər süni şəkildə yumşalacaq və havanı isidib orqanizmə ötürmə funksiyasını yerinə yetirməyəcək. Buna görə də, evdən çıxarkən burnunuzu təmizləmək ən doğru yoldur.

Çöldə ağzınızla deyil, burnunuzla nəfəs alın

Şaxtada ağızla nəfəs alan zaman hava isinməyə vaxt tapmır. Beləcə, anginaya yoluxma şansınızı artırmış olursunuz. Odur ki, soyuq havada burnunuzla yavaş-yavaş nəfəs almağınız daha düzgündür.

Şərflə ağız və burunu bağlamaq

Şərf vasitəsilə alınan hava parçada donub qalır. Nəticədə hər dəfə nəfəs aldıqca, burnunuza və ağzınıza daha soyuq hava gedir. Bu isə angina, bronxit, dəri qıcıqlanması kimi xoşagəlməz halla sonlanır.

Evdən çıxmazdan əvvəl isti içki qəbul etmək

İsti çay qan dövranını sürətləndirir və orqanizmin müdafiə gücünü artırır. Bununla yanaşı, əzələləri genişləndirir. Bu isə o deməkdir ki, soyuğa çıxanda bədənin öz istisini daha çox itiririk. Əgər evdən çıxanda maye qəbul etmək istəyirsinizsə, isti çayı ilıq su və ya elə ilıq çay ilə əvəzləyin.

Şaxtalı və soyuq havada ac gəzmək

Orqanizmin temperaturunun normada qalması üçün ona enerji lazımdır. Enerjinin mənbəyi isə hamımızın bildiyi kimi qidadır. Odur ki, aclıq hiss edən zaman yüngül də olsa, qarnınızı doyurun.

Evdən çıxarkən üzə krem çəkmək

Əziz xanımlar, yəqin bu problemlə çoxunuz rastlaşmısınız. İstifadə etdiyimiz kremlərin demək olar ki, hamısının tərkibində su var. Kremi çəkdikdən sonra ən az 30 dəqiqə ərzində həmin su buxarlanıb havaya qarışır. Evdən çıxarkən tələsik çəkdiyiniz üz kremi dərinin soyuyub zərər görməsinə səbəb olur.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/saghlamliq/300914.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR