"Qucağımda otura bilər, onu sevirəm" - Məşhur müğənni

"Qucağımda otura bilər, onu sevirəm" - Məşhur müğənni
16:47 3 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Türkiyəli məşhur Seda Sayan hava limanında jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, müğənni ilk növbədə İrem Derici ilə bağlı verilən suala münasibət bildirib:

"Gəlib qucağımda otura bilər, onu sevirəm".

Qeyd edək ki, İrem Dericinin pərəstişkarı "Səni "O Ses Türkiye"də jüri görmək istəyirəm" deyə yazmış, müğənni isə "Yerlər doludur, Seda bacımın qucağında oturum?" deyə cavab vermişdi.

Seda Sayan Aleyna Tilkini oğluna istəməsi barədə yayılanlara da fikir bildirib:

"Oğulcan evliliyə ciddi yanaşır. O, doğru insanı axtarır".

Sənətçi estetik əməliyyat etdirməsi ilə bağlı yayılan məlumatlara isə belə cavab verib:

"Hər gün verilişə çıxıram. Hər qadın kimi botoks etdirirəm. Göz önündə olduğum üçün kiçik müdaxilələrə ehtiyac var".

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/815197.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR