ABŞ prezidenti Donald Tramp çoxdan gözlənilən açıqlamanı verib.
Publika.az xəbər verir ki, Qasım Süleymaninin öldürülməsindən sonra yalnız ABŞ bayrağını paylaşan Tramp bu dəfə danışıb:
"İran əsla qalib gəlmədi, ancaq müzakirələri də itirmədi", - deyə Tviter səhifəsində yazıb.
ABŞ dövlət katibi Mayk Pompeo isə "Yalnız Süleymaninin öldüyünü təsdiqləyə bilərəm" deyə açıqlama vermişdi:
"ABŞ bölgədəki mövqeyini gücləndirmək üçün hər şey etdi. İranla müharibə arzusunda deyilik, amma geridə dayanıb amerikalıların həyatlarının riskə girməsini izləyə bilmərik. Süleymanidən sonra dünya daha təhlükəsiz olacaq".