"Ponçik"in hazırlanması - Usta öz sirlərini açır - VİDEO

"Ponçik"in hazırlanması - Usta öz sirlərini açır - VİDEO
17:22 3 Yanvar 2020
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az lent.az-a istinadən bu dəfə sizi asan hazırlanan piroq resepti ilə tanış edir. 

Bu dəfə sizi sosial şəbəkədə "Nenemin Metbexi" adı ilə məşhur olan səhifəyə istinadla "ponçik"in necə hazırlanması ilə tanış edəcəyik.

Tərkibi:

2 yumurta, 1 stəkan qatıq, 1 stəkan şəkər tozu, 0,5 çay qaşığı soda, vanil, 3.5 stəkan un, bitki yağı, şəkər kirşanı

Hazırlanması:
Qaba yumurta və şəkər tozunu əlavə edirik. Digər qabda isə qatıqla sodanı qarışdırıb, sodanı söndürüb tökürük yumurtanın içinə və çalırıq. Duzu və vanili əlavə edib qarışdırdıq. Unu əlavə edib xəmir yoğururuq. Xəmiri 10-15 dəqiqə kənarda saxlayıb kündə halına salırıq. Sonra yayıb stəkanla kəsirik. Xəmiri "ponçik" kimi düzəltmək üçün orta hissəsini kəsib çıxarırıq. Daha sonra tavaya yağ əlavə edib ocağa qoyuruq. Yağ ocaqda qızdıqdan sonra "ponçiklər"i əlavə edib hər üzünü bişiririk. "Ponçiklər" bişdikdən sonra üzərinə şəkər kirşanı töküb servis edirik.

Nuş olsun!

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/kilinariya/814248.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR