Bakı-Moskva təyyarəsi Volqoqradda məcburi eniş edib

Bakı-Moskva təyyarəsi Volqoqradda məcburi eniş edib
17:29 3 Yanvar 2020
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Ləman Zeynalova - Trend:

Rusiyanın "Aeroflot" aviakompaniyasının Bakı-Moskva marşrutu ilə hərəkət edən bir təyyarəsi cümə günü Volqoqrad hava limanına təcili eniş edib.

Bu barədə Trend-ə Volqoqrad hava limanından məlumat verilib.

Bildirilib ki, Bakı-Moskva marşrutu ilə hərəkət edən 1853 saylı "Aeroflot" reysi, 7:44-də (Volqoqrad vaxtı) sərnişinlərdən birinin halı pisləşməsi səbəbiylə Volqoqrad hava limanına təcili eniş edib.

Halı pisləşən sərnişin xəstəxanaya götürüldükdən sonra göyərtəsində 85 sərnişini olan təyyarə 8:55-də yenidən havaya qalxaraq təyinat yerinə uçub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/incident/3172659.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR