Polis Bakı sakinini döyən iki nəfəri saxladı

Polis Bakı sakinini döyən iki nəfəri saxladı
18:17 3 Yanvar 2020
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Yanvarın 1-də saat 21 radələrində Nərimanov rayonunun A.Nemətulla küçəsində 2 nəfərin Bakı şəhər sakini D.Babayevi döyməsi barədə 17-ci Polis Şöbəsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş R.Hüseynov və A.Cavadov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/incedent/815218.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR