Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Al-Arabiya” televiziyasının məşhur aparıcısı Nayva Kuassem dünyasını dəyişib.
Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, livanlı spiker evində ölü tapılıb. Onun ölüm səbəbi hələlik məlum olmasa da, sui-qəsdə məruz qalmadığı dəqiqdir.
Qeyd edək ki, Kuassem ərəb dünyasının tanınmış simalarından hesab olunur. 2012-ci ildə “Arabian Business” nəşri onu ərəb dünyasının ən güclü 100 qadını arasında göstərib.
Anar Türkeş