Tramp: “Süleymani minlərlə amerikalının qətlində və yaralanmasında iştirakçıdır”

Tramp: “Süleymani minlərlə amerikalının qətlində və yaralanmasında iştirakçıdır”
18:37 3 Yanvar 2020
60 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatların hava zərbəsi nəticəsində həlak olmuş İran generalı Qasım Süleymani minlərlə amerikalının həlak olmasında, yaralanmasında iştirakçıdır və o çoxdan məhv edilməli idi.
“Report” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özünün “Twitter”dəki səhifəsində yazıb.
"General Qasım Suleymani uzun müddət ərzində minlərlə amerikalını öldürdü və ya yaraladı və daha çox öldürməyi planlaşdırırdı, amma nail ola bilmədi. O, açıq-aydın və ya qismən milyonlarla insanın, o cümlədən İrandakı etirazçıların həlak olmasında təqsirkar idi", - deyə Tramp “Twitter”də yazıb.
"Hərçənd İran heç vaxt bunu belə etiraf edə bilməyəcək, Süleymaniyə ölkənin daxilində nifrət edir və qorxurdular. Onlar və yaxınları belə, (İran-red) liderləri kimi kədərlənməyiblər, dünyanı inandırmağa çalışırlar. O hələ çox-çox il əvvəl götürülməli (öldürülməli-red) idi!", - deyə prezident əlavə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-suleymani-minlerle-amerikalinin-qetlinde-ve-yaralanmasinda-istirakcidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR