Nikola Yurçeviç: "Azərbaycan yığmasındakı hər andan həzz aldım"

Nikola Yurçeviç: "Azərbaycan yığmasındakı hər andan həzz aldım"
19:05 3 Yanvar 2020
90 İdman
Ölkə mətbuatı
A- A+

"AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinə rəhbərik etdim. Bu, mənim üçün böyük mübarizə oldu".

Milli.Az Apasport.az-a istinadən bildirir ki, bu fikirlər Azərbaycan milli komandasının sabiq baş məşqçisi Nikola Yurçeviçə məxsusdur.

AVRO-2020-nin seçmə mərhələsindəki uğursuz çıxışa görə vəzifəsindən kənarlaşdırılan xorvatiyalı feysbuk səhifəsində paylaşım edib. N.Yurçeviç yenə belə fürsət gözlədiyini gizlətməyib: "Yığmadakı hər andan həzz aldım. Hər kəsə təşəkkür etmək istəyirəm: futbolçulara, köməkçilərə, dəstək verənlərə, AFFA-ya... İndi isə səbirsizliklə yeni fürsətləri gözləyirəm".

Qeyd edək ki, N.Yurçeviçin rəhbərliyi altında keçirilən 8 seçmə oyunundan yeddisində uduzan millimiz yalnız bir heç-heçəyə nail olub.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/815217.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR