Sürücülərə xəbərdarlıq

Sürücülərə xəbərdarlıq
19:17 3 Yanvar 2020
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gecədən ölkə ərazisinə yağmağa başlayan intensiv qar Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Şamaxıdan və Ağsu dolaylarından keçən hissələrində, eləcə də Muğanlı-İsmayıllı yolunda daha çox müşahidə edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yolların qardan təmizlənməsi üçün gecə saatlarından əraziyə texnika və canlı qüvvə cəlb olunub. Yolun hərəkət hissəsinə duz və qum səpilərək avtomobillərin hərəkəti təmin edilib. Hazırda Ağsu dolaylarında hər iki istiqamətdə yol açıqdır. Gecə saatlarında şaxta düşərsə, sürücülərin ehtiyatlı olması tövsiyə edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/815232.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR