Tramp: “İranın İraqda təsirinin güclənməsi yaxşı heç nə ilə bitməyəcək"

Tramp: “İranın İraqda təsirinin güclənməsi yaxşı heç nə ilə bitməyəcək"
19:57 3 Yanvar 2020
58 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp İran generalı Qasım Süleymaninin öldürülməsindən sonra İranın İraqdakı təsirinin güclənməsinin "yaxşı heç nə ilə bitməyəcəyini" bildirib.
“Report” xəbər verir ki, bu barədə ABŞ prezidenti özünün “Twitter”dəki səhifəsində yazıb.
"Birləşmiş Ştatlar illər boyunca İraqa ildə milyardlarla dollar ödəyir. İraq xalqı istəmir ki, İran üstün olsun və ona nəzarət etsin, amma son nəticədə bu onun seçimidir. Son 15 ildə İran İraqa daha çox nəzarət edir və İraq xalqı bundan narazıdır. Bu, yaxşı heç nə ilə bitməyəcək!", - Tramp “Twitter”də yazıb.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-i-ranin-i-raqda-tesirinin-guclenmesi-yaxsi-hec-ne-ile-bitmeyece

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR