İranın Ali Milli Tәhlükәsizlik Şurası bәyanat yaydı

İranın Ali Milli Tәhlükәsizlik Şurası general Qasim Süleymaninin ölümü ilә әlaqәdar bәyanat verib.

Metbuat.az-ın məlumatına görə, bәyanatda bildirilir ki, ABŞ-a yeri və zamanı gələndə layiqli cavab veriləcək.

Bәyanatda qeyd olunur ki, general Süleymaninin ölümü İran xalqı üçün böyük itki olsa da, onun yerini başqaları tutacaqdır. İranın Ali Milli Tәhlükәsizlik Şurası Qasim Süleymaninin ölümü ilә әlaqәdar mәsәlәlәri araşdırıb vә lazımi qәrarları verib.

Xatırladaq ki, ABŞ-a məxsus helikopterin Bağdad hava limanına endirdiyi iki raket zərbəsi nəticəsində “Qüds” qüvvələrinin komandanı general Qasım Süleymani və “Haşdi Şabi” qruplaşmasının 7 nümayəndəsi həlak olub.

Anar / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR