Neftin qiymətinin artması geosiyasi gərginlik yarada bilər

Neftin qiymətinin artması geosiyasi gərginlik yarada bilər
21:15 3 Yanvar 2020
123 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Fevral ayında çatdırılma üçün bir barrel neftin qiyməti Nyu York birjasında 3,6% və ya 2,20 dollar artaraq 63,38 dollara yüksəlib.

Trend-in məlumatına görə, neft bazarının analitiki Jozef Roçester deyib: "Neft bazarındakı dinamika İran generalının öldürülməsinin nəticəsidir ki, bu da geosiyasi gərginliyə və digər nəticələrə gətirib çıxara bilər və bu, açıq-aydın görünür. Əsas sual nəticələrin nə olacağıdır."

CNN televiziya şirkəti qeyd edib ki: "Nüfuzlu İran generalının öldürülməsi Yaxın Şərqdə - əsas neft istehsal edən ölkələrin yerləşdiyi və enerji bazarının əsas yollarının keçdiyi ərazidə gərginliyi artıra bilər".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3172698.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR