Ərdoğan təhlükəsizlik məsələləri ilə bağlı iclas keçirib

Ərdoğan təhlükəsizlik məsələləri ilə bağlı iclas keçirib
21:37 3 Yanvar 2020
63 Digər
Ölkə mətbuatı
A- A+

İstanbulun Dolmabağça iqamətgahında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə regiondakı son hadisələrlə əlaqədar təhlükəsizlik məsələləri ilə bağlı iclas keçirilib.
Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, müşavirə 3 saat davam edib.
İclasda Türkiyənin vitse-prezidenti Fuat Oktay, hakim Ədalət və İnkişaf Partiyası (AKP) baş katibinin müavini Mahir Ünal, xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, AKP-nin mətbuat katibi Ömər Çelik, Milli Kəşfiyyat Təşkilatının rəhbəri Hakan Fidan, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun və dövlət başçısının mətbuat katibi İbrahim Kalın iştirak ediblər. 


Xəbərin orijinal ünvanı: https://report.az/region/erdogan-tehlukesizlik-meseleleri-ile-bagli-iclas-kecirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR