"Tottenhem"in futbolçusu Harri Keyn 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, buna səbəb onu İngiltərə Premyer Liqasının 21-ci turunda səfərdə "Sauthempton"la matçda (0:1) zədələnməsidir.
Beləliklə, 26 yaşlı hücumçu ölkə çempionatıda "Liverpul" və "Mançester Siti" ilə görüşləri dəqiq buraxacaq. O, Çempionlar Liqasının 1/8 finalında "Leypzig"lə oyunda da meydana çıxmaya bilər.
Qeyd edək ki, H.Keyn bu mövsüm Premyer Liqada 20 matçda 11 qol vurub və 2 qolun ötürməsi verib.
Milli.Az