ABŞ-dan İrana növbəti ŞOK - Minlərlə hərbçi...

ABŞ-dan İrana növbəti ŞOK - Minlərlə hərbçi...
22:48 3 Yanvar 2020
73 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Yaxın Şərqə daha 3500 hərbçi göndərib.

Publika.az xəbər verir ki, bu barədə NBC televiziyası Pentaqondakı mənbələrə istinadən məlumat yayıb. Amerikalı hərbçilərin hansı bölgələrə yerləşdiriləcəyi açıqlanmasa da, hərbi ekspertlər hesab edir ki, əsgərlərin əksəriyyəti Küveytdə mövqe tutacaq. Məlumata görə, Yaxın Şərqə cəlb edilən hərbçilər 82-ci Hava Qüvvələri bölümündə xidmət edir.

Qeyd edək ki, bundan əvvəl Pentaqon Yaxın Şərqə 750 hərbçinin göndərildiyini açıqlamışdı. Mütəxəssislər bildirir ki, Yaxın Şərqə əlavə amerikalı hərbçilərin cəlb edilməsi Vaşinqton-Tehran gərginliyi ilə bağlıdır.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/300935.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR