Orqanik qidaların üstünlüyü

Orqanik qidaların üstünlüyü
22:57 3 Yanvar 2020
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Orqanik qidalar yetişdirilməsində süni gübrələrin, həşəratlara qarşı işlədilən dərmanların, hormonların, antibiotiklərin, boyaların, kimyəvi maddələrin və qablaşdırılma vasitələrinin istifadə olunmadığı məhsullardır. Onlar üzvi əkinçiliyin məhsuludur, bitki və heyvan mənşəlidir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, orqanik qidaların istehsalında hormon və gübrə istifadəsi az olduğu üçün torpağın mineral baxımdan daha zəngin olması şərtdir, nəticədə həmin məhsullar mineralı az olan və gübrəli torpaqlarda yetişən ərzaqlardan daha dadlı olur.

Orqanik qidalardan istifadə bədənin xərçəngə qarşı müqavimətini artırır, ürəyin sağlamlığını qoruyur, bir çox infeksiyaların meydana gəlməsinin, damar tutulmalarının qarşısını alır, yaşlanmanı yubadır, hüceyrələrin və toxumaların quruluşunu qoruyur.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/815247.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR