İranın XİN rəhbəri Süleymaninin öldürülməsini terror aktı adlandırıb

İranın XİN rəhbəri Süleymaninin öldürülməsini terror aktı adlandırıb
23:07 3 Yanvar 2020
71 Digər
Ölkə mətbuatı
A- A+

İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə BMT-nin baş katibi Antoniu Quttereş arasında telefon danışığı olub.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilir ki, XİN rəhbəri general Qasım Süleymaninin öldürülməsini ABŞ tərəfindən törədilən terror aktı adlandırıb.
"Bütün nəticələr (Suleymaninin qətlinə görə – red.) ABŞ-ın üzətinə düşür", - deyə Quterreşlə telefon danışığının gedişatında Zərif deyib. 
O, vurğulayıb ki, ABŞ-ın hücumu terror aktıdır.
Öz növbəsində, BMT baş katibi ABŞ-ın hərəkətlərindən narahatlığını ifadə edib. Antoniu Quttereş bildirib ki, ABŞ-ın hərəkətləri regionda gərginliyin artmasına gətirib çıxaracaq.

Xəbərin orijinal ünvanı: https://report.az/region/i-ranin-xi-n-rehberi-suleymaninin-oldurulmesini-terror-akti-adlandirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR