Zaqatalada yolu keçmək istəyən qadını avtomobil vuraraq öldürüb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında şəhər ərazisində qeydə alınıb.
Belə ki, minik avtomobili yolu keçmək istəyən qadını vurub. Ağır xəsarət alan qadın hadisə yerində vəfat edib.
Dünyasını dəyişən qadının kimliyi barədə hələ ki, məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az