ABŞ İrana bağlı qruplaşmanı terror təşkilatı elan edib

ABŞ İrana bağlı qruplaşmanı terror təşkilatı elan edib
00:02 4 Yanvar 2020
77 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ İrana bağlı "Asaib Ahl al-Hak, AAH" qruplaşmasını və onun liderlərini terror təşkilatları siyahısına salıb.
”Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Qrupun terrorçu təşkilat kimi tanınması haqqında qərar İran generalı Qasım Süleymaninin İraqda və şiə qruplaşmasının bir neçə liderinin öldürülməsindən bir gün sonra qəbul edilib.
"AAN və onun liderləri İranın İslam Respublikasının amansız, etibarlı şəxsləridir. Onlar Tehrandakı sahibləri adından hərəkət edərək, İraqın müstəqilliyinin məhvi üçün İran rejiminin səylərinin davam etdirilməsi üçün zorakılıqdan və terrordan istifadə edirlər", - dövlət katibi Mayk Pompeonun çıxışından sitat gətirilir. 
Qeyd edilir ki, AAH Qasım Süleymaninin başçılıq etdiyi və 2019-cu ilin aprelində ABŞ-ın terrorçu təşkilat kimi tanıdığı İranın İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən "fəal maliyyələşdirilir və təlim keçir".

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-i-rana-bagli-qruplasmani-terror-teskilati-elan-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR