Fransiz futbolçusu Natael Jülan yol qəzasında həlak olub

Fransiz futbolçusu Natael Jülan yol qəzasında həlak olub
01:43 4 Yanvar 2020
129 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Fransa çempionatının ikinci divizionunun "Genqam" futbol klubunun hücumçusu Natael Jülan 24 yaşında həlak olub.

Trend-in məlumatına görə, oyunçu məşqdən evə qayıdarkən özü sürdüyü avtomobillə qəzaya düşüb. Jülanın komanda yoldaşlarından biri qəzanın şahidi olub.

Jülan 2018-ci ilin yanvarından "Genqam"da, keçən ilin ilk yarısını isə "Valensien"də oynayıb. Cari mövsümdə futbolçu iki oyun keçirib - birini çempionatda və digərini Fransa Liqasının kuboku uğrunda.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/other/world/3172721.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR