Tramp: “ABŞ İranda hakimiyyət dəyişikliyinə çalışmır”

Tramp: “ABŞ İranda hakimiyyət dəyişikliyinə çalışmır”
02:52 4 Yanvar 2020
85 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar İranda hakimiyyət dəyişikliyinə çalışmır.
“Report” xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Floridadakı iqamətgahında xüsusi çıxışında bildirib.
"Biz rejimin (İranda-red) dəyişməsinə çalışmırıq. Bununla belə, bölgədə İran rejiminin təcavüzü, onun nəzarəti altında olan silahlılar da daxil olmaqla, regionda və qonşu dövlətlərdə sabitliyi pozur və bu dərhal qurtarmalıdır", - deyə Tramp öz iqamətgahındakı çıxışında bildirib.
O, əlavə edib ki, "gələcək İranın xalqına aiddir, xalqı xaricdə qan tökməyə cəlb edən terrorçulara yox”.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/tramp-abs-i-randa-hakimiyyet-deyisikliyine-calismir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR