FİFA-nın keçmiş hakimi təzə doğulmuş oğluna “Real”ın stadionunun adını verib

FİFA-nın keçmiş hakimi təzə doğulmuş oğluna “Real”ın stadionunun adını verib
04:57 4 Yanvar 2020
80 Digər
Ölkə mətbuatı
A- A+

FİFA-nın sabiq hakimi Pablo Lunati təzə doğulmuş oğlunu Madridin “Real” klubunun şərəfinə "Santyaqo Bernabeu" adlandırıb.
“Report”un məlumatına görə, argentinalı keçmiş hakim "River Pleyt"in azarkeşidir. 
Hakim oğlunu Madriddəki stadionun şərəfinə ona görə adlandırıb ki, orada sevimli komandası "Boka Huniors"un şəxsində prinsipial rəqibinə qalib gəlib və 2018-ci ildə Libertadores Kubokunu qazanıb.
Lunati 2004-cü ildən 2016-cı ilə qədər Argentinanın yüksək divizionunun matçlarında işləb. 2007-ci ildən 2012-ci ilə qədər o FİFA-nın himayəsi altında beynəlxalq matçları idarə edib.
Lunati hakim karyerasının tamamlanmasından sonra etiraf edib ki, "River Pleyt"in azarkeşidir. O, həmçinin deyib ki, sevimli komandasının iştirak etdiyi matçlarda öz qərarları ilə rəğbət bəslədiyi klubuna kömək edib.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/fi-fa-nin-kecmis-hakimi-teze-dogulmus-ogluna-real-in-stadionunun-adin

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR