İbrahimoviç "Milan"a qayıdışdan sonra ilk matçda qol vurub

İbrahimoviç "Milan"a qayıdışdan sonra ilk matçda qol vurub
06:57 4 Yanvar 2020
78 Digər
Ölkə mətbuatı
A- A+

"Milan" futbol komandası yoldaşlıq matçında "Rodens" klubunu 9:0 hesabı ilə darmadağın edib.
“Report” xəbər verir ki, komandanın heyətində qollardan birini isveçli hücumçu, yanvarın 2-də qırmızı-qaraların oyunçusu kimi təqdim edilən Zlatan İbrahimoviç vurub.
"Milan" heyətində həmçinin Davide Kalabriya (dubl), Hakan Çalxanoğlu, Lukas Paket, Kşiştof Pyontek (dubl), Rafael Leau və Semuel Kastilexo fərqləniblər.
Zlatanın son klubu "Los-Anceles Qelaksi" olub. O, 2018-ci ilin martından 2019-cu ilin noyabrına qədər bu komandada çıxış edib. 38 yaşlı isveçli futbolçu Şimali Amerika Futbol Liqasının ötən mövsümündə keçirdiyi 31 matçda 31 qol vurub və 8 məhsuldar ötürmə verib.
Xatırladaq ki, İbrahimoviç 2010-2012-ci illərdə “Milan”ın formasını geyinib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-brahimovic-milan-a-qayidisdan-sonra-ilk-matcda-qol-vurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR