ABŞ-ın futbol üzrə yığması Qətərdəki təlim-məşq toplanışını ləğv edib

ABŞ-ın futbol üzrə yığması Qətərdəki təlim-məşq toplanışını ləğv edib
07:27 4 Yanvar 2020
72 Digər
Ölkə mətbuatı
A- A+

Futbol üzrə ABŞ yığması regionda vəziyyətin kəskinləşməsinə görə Qətərdəki təlim-məşq toplanışını ləğv edib.
“Report”un məlumatına görə, bu barədə federasiyanın saytında yayılan bəyanatda deyilir.
"Regionda hadisələrin inkişafı ilə əlaqədar ABŞ yığması yanvarda məşq toplanışının keçirilməli olduğu Qətərə səfəri təxirə salmağa qərar verib", - deyə federasiyanın saytında bildirilir.
Qətərdə keçirilməli olan 20 günlük toplanış yanvarın 5-də başlanmalı idi.
ABŞ Futbol Federasiyası ən yaxın matçlara hazırlıq üçün başqa meydançalar axtarır.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/abs-in-futbol-uzre-yigmasi-qeterdeki-telim-mesq-toplanisini-legv-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR