Tehranın BMT-dəki nümayəndəsi: “İran ABŞ-dan qisasın vaxtı və cavabını müəyyənləşdirəcək”

Tehranın BMT-dəki nümayəndəsi: “İran ABŞ-dan qisasın vaxtı və cavabını müəyyənləşdirəcək”
07:42 4 Yanvar 2020
99 Digər
Ölkə mətbuatı
A- A+

İranın BMT yanında daimi nümayəndəsi Məcid Taht-Ravançi bildirib ki, Tehran general Qasım Süleymani qətlə yetirilməsinə göz yummayacaq.
İran diplomatı CNN telekanalına müsahibəsində xatırladıb ki, Vaşinqton Bağdad yaxınlığında raket zərbəsi ilə müharibənin yeni hissəsini başlayıb. O, qeyd edib ki, Birləşmiş Ştatlar hələ 2018-ci ildən İran xalqına güclü təzyiq göstərərək iqtisadi sferada birtərəfli qaydada Tehranla vuruşur.
"Şübhəsiz, İran buna göz yummayacaq. Qisas olacaq, İran necə lazım bilsə, elə cavab verəcək. Vaxt və cavabın (qisasın-red) yerini İran müəyyənləşdirəcək", - deyə Taht-Ravançi vurğulayıb.
Xatırladaq ki, daha əvvəl İranın Xarici İşlər Nazirliyinin başçısı Cavad Zərif ABŞ-ın Bağdaddakı raket zərbəsini terror aktı adlandırıb. İranın ali lideri Ayətulla Əli Xameneinin Süleymani qətlinə görə qisas almağa söz verib.


Xəbərin orijinal ünvanı: https://report.az/region/tehranin-bmt-deki-numayendesi-i-ran-abs-a-qisasin-vaxt-ve-cavabini-m

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR