SON DƏQİQƏ: İran ŞOKDA - ABŞ ordusu daha 6 komandanı öldürdü

SON DƏQİQƏ: İran ŞOKDA - ABŞ ordusu daha 6 komandanı öldürdü
08:48 4 Yanvar 2020
84 Digər
Ölkə mətbuatı
A- A+

İraqın paytaxtı Bağdadda İranın dəstəklədiyi “Haşdi Şabi” qüvvələrinin komandanlarını daşıyan hərbi karvana hava zərbələri endirilib.

Publika.az Anadolu agentliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı 6 nəfər həlak olub. Onların kimliyi barədə məlumat verilmir. İraqın “Sumeriyə” televiziyasının məlumatına görə, həlak olan şəxslər “Haşdi Şabi”nin nəzarətindəki yerli qruplaşmanın liderləridir.

“Haşdi Şabi” qüvvələri isə hücum zamanı komandanların hədəfə alınması barədə məlumatları təkzib edib. İddialara görə, avtomobil karvanındakı şəxslər həkimlər olub. Hücumun ABŞ ordusu tərəfindən təşkil olunduğu güman edilir. Hadisə barədə rəsmi açıqlama yoxdur.

Xatırladaq ki, ABŞ-a məxsus helikopterin Bağdad hava limanına endirdiyi iki raket zərbəsi nəticəsində “Qüds” qüvvələrinin komandanı general Qasım Süleymani və “Haşdi Şabi” qruplaşmasının 7 nümayəndəsi həlak olub.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neareast/300947.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR