Zaqatalada dəhşətli yol qəzası: qadını vurub qaçdı - RƏSMİ

Zaqatalada dəhşətli yol qəzası: qadını vurub qaçdı - RƏSMİ
10:28 4 Yanvar 2020
60 Digər
Ölkə mətbuatı
A- A+

Daxili İşlər Nazirliyi (DİN) Zaqatalada qadının öldüyü yol qəzası ilə bağlı məlumat yayıb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən xəbərə görə, yanvarın 3-də axşam saatlarında Zaqatala şəhəri Nizami küçəsində rayonun Yuxarı Tala kənd sakini Murad Sulxayev idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən piyada, Zaqatala şəhər sakini Fərasət Davudovanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/crime/300954.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR