Bakıda bıçaqlanma hadisəsi baş verib

Bakıda bıçaqlanma hadisəsi baş verib
09:21 25 Dekabr 2014
157 Digər
Ölkə mətbuatı
A- A+

[ 25 Dekabr 2014 06:55 ]

Bakı. Fərahim Qasımov-APA. Bakının Nəsimi rayonunda iki dostun mübahisəsi qanlı sonluqla nəticələnib.

APA-nın məlumatına görə, hadisə 1-ci mikrorayonda, Moskva prospektində qeydə alınıb. Binəqədi rayon sakini 26 yaşlı Röyal Abdullayev Qobustan qəsəbə sakini 21 yaşlı Gürzad Nəbiyev və daha bir tanışı ilə prospektdə yerləşən kafelərin birində yeyib-içiblər. İçki məclisi zamanı dostlar arasında mübahisə düşüb. G.Nəbiyev üzərində olan bıçaqla R.Abdullayevi vurub. Yaralı təcili tibbi yardımla xəstəxanaya çatdırılıb. Az sonra Gürzad Nəbiyev də bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.

 

Həkimlər Gürzad Nəbiyev adını soruşanda o, özünü həkimlərə kriminal avtoritet kimi təqdim edib. Məlum olub ki, Gürzad dostunu bıçaqlayandan sonra nə etdiyini başa düşərək özünə xəsarət yetirib. Faktla əlaqədar araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR