Növbəsiz müayinə olunmaq istəyən xəstə həkimin burnunu sındırdı

Növbəsiz müayinə olunmaq istəyən xəstə həkimin burnunu sındırdı
10:32 4 Yanvar 2020
86 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin İstanbul şəhərində növbəsiz müayinə olunmaq istəyən xəstə həkimin burnunu sındırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Bakırköy ərazisində Dr. Sadi Konuk Eğitim və Araştırma xəstəxanasında baş verib. Burak Altunpak adlı həkim bir xəstəyə növbədə olanların çoxluğu səbəbindən günün ikinci yarısı müayinə oluna biləcəyini deyib.

Bunu qəbul etməyən xəstə həkimə başı ilə zərbə vurub.

Burnu sınan və başından zədə alan həkim müayinəyə götürülüb.

Ona hücüm edən şəxs isə xəstəxanadan uzaqlaşıb.

Polis həmin şəxsin axtarışına başlayıb.

Milli.Az

 

Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/815264.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR