Şagirdi ilə yatmaq üçün 200 dollar verən müəllim saxlanıldı - FOTO

Şagirdi ilə yatmaq üçün 200 dollar verən müəllim saxlanıldı - FOTO
10:42 4 Yanvar 2020
91 Dünya
Ölkə mətbuatı
A- A+

14 yaşlı şagirdinə əxlaqsızlıq təklif edən müəllim saxlanılıb.

Milli.Az bildirir ki, ABŞ-ın Merilend ştatındakı məktəblərin birində tarix fənnindən dərs keçən müəllim 14 yaşlı qız şagirdinə onunla cinsi əlaqədə olmaq təklif edib.

14 yaşlı qızla seks müqabilində ona 200 dollar verəcəyini söyləyən müəllim qızın anasının şikayətinə əsasən saxlanılıb.

Bu barədə məlumatı Washington Post yayıb. Məlumatda bildirilir ki, Miguel Navarro adlı 61 yaşlı kişi saxlanılan zaman onun qıza yazdığı erotik mesajlar üzə çıxıb. O, dəfələrlə qızdan çılpaq şəkillərini istəsə də, azyaşlı onun təklifini rədd edib.

Qeyd edək ki, cinsindən, könüllü və ya məcburi olmasından asılı olmayaraq yaşı 18-dən az olanla cinsi əlaqədə olmaq təcavüz sayılır və cinayətdir.

İsmayıl
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/815273.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR