2019-cu ilin ən çox izlənilən qarşılaşmaları açıqlanıb

2019-cu ilin ən çox izlənilən qarşılaşmaları açıqlanıb
11:17 4 Yanvar 2020
48 Digər
Ölkə mətbuatı
A- A+

"Transfermarkt" portalı 2019-cu ildə dünya futbolunun 10 ən çox izlənilən matçının siyahısını dərc edib. 
"Report"un məlumatına görə, birinci pillədə 2018/2019 mövsümündə Çempionlar Liqasının yarımfinal mərhələsinin "Barselona" (İspaniya) - "Liverpul" (İngiltərə) oyunu qərarlaşıb. "Nou Kamp" stadionunda keçirilmiş həmin görüşdə 98 299 tamaşaçı olub. Matç Kataloniya komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 
CAR liqasının 9 noyabrda Yohannesburqdakı "Soccer City" stadionunda baş tutmuş "Kayzer Çifs" - "Orlando Payrets" oyunu ikinci, İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda mayın 18-də oynanılmış "Mançester Siti" - "Uotford" qarşılaşması üçüncüdür. Bu matçları müvafiq olaraq, 88 min və 85 854 tamaşaçı izləyib. 
İlk "10-luq"da sonrakı yerləri tutanlar:
4. İl ərzində bir neçə matç ("Siqnal İduna Park", Dortmund, Almaniya) — 81 365
5. "Real Madrid" - "Barselona" ("Santyaqo Berrnabeu", Madrid, 27 fevral) — 80 472
6. İl ərzində bir neçə matç ("Azadi", Tehran) — 80 000
7. Fransa - Albaniya ("Stad de Frans", Sen-Deni, 7 sentyabr) — 78 000
8. "Milan" - "İnter" ("San-Siro", Milan, 17 mart) — 77 749
9. İl ərzində bir neçə matç ("Alyans Arena", Münhen) — 75 000
10. "Herta" - "Borussiya" D ("Olimpiaştadion", Berlin, 16 mart) — 74 667.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/2019-cu-ilin-en-cox-izlenilen-qarsilasmalari-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR